Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Bakıda mağazanı qarət edən qadınlar tutuldular
Binəqədi rayonunda mağazadan 1000 manat oğurlanıb.
Oxu.Az xəbər verir ki, rayonun "28 May" qəsəbəsi ərazisində yerləşən mağazanın icarədarı polisə müraciət edərək oradan 1000 manatın oğurlandığını bildirib. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuşlar- 52 yaşlı S.Əlipaşayeva, 61 Z.Bayramova və 44 yaşlı C.Yusifov saxlanılıblar.
Rayon ərazisindəki avtomobil təmiri sexindən 500 manat dəyərində bir nəfərin mobil telefonunu oğurlamaqda şübhəli bilinən 45 yaşlı P.Allahverdiyev də polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.
"Oğurluq hadisəsi" teqi üzrə xəbərlər
- Azərbaycanda silsilə qətllər törədən dəstə başçısı: "İşgəncə ilə öldürdük, getdik yeyib-içməyə"
- "Tour de France"da komandadan 143 min avro dəyərində velosipedlər oğurlandı
- Bakı və Abşeronda üç nəfər altı evi talan etdi
- Bakıda maskalı şəxs mağazadan 34 600 manat oğurladı
- Araz Həsənzadə: "Süni intellekt bank dələduzluqlarının təxminən 0,01%-nin qarşısını alır"