Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

"İnter"in hücumçusu İranı tərk edə bilmir
İtaliyanın "İnter" klubunun Klublararası dünya çempionatında iştirakı yaxın günlərdə başlayacaq. Lakin iranlı hücumçu Mehdi Taremi hələ də komandanın ABŞ-nin Los-Anceles şəhərindəki təlim-məşq toplanışına qoşulmayıb. O, hazırda İranda baş verən hərbi gərginlik səbəbindən ölkəni tərk edə bilmir.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "La Gazzetta dello Sport" nəşri xəbər verib.
Qeyd olunur ki, hava məkanının bağlanması nəticəsində bir sıra uçuşlar təxirə salınıb. İran millisinin hücumçusu şənbə günü "İnter"in digər üzvlərinə qoşulmalı idi, lakin bu proses gecikəcək.
"İnter" klubu futbolçu ilə davamlı əlaqədədir və yaranmış problemi aradan qaldırmaq üçün bütün imkanlardan istifadə edir. Klub nümayəndələri bildiriblər ki, Tareminin təhlükəsizliyi birinci dərəcəli məsələdir.
"İsrailin İrana hücumu" teqi üzrə xəbərlər
- Aleksandr Kurenkov rusiyalıların İrandan təxliyəsinə görə Azərbaycana təşəkkür etdi
- Tehranın ABŞ istehsalı bomba ilə vurulma görüntüləri - ANBAAN VİDEO
- İsrail hücumlarında dağıdılan Evin zindanından DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
- Tehrandakı Azadi hava limanına endirilən zərbələrin görüntüləri paylaşılıb
- İranın nüvə obyektlərinin bombalanması ilə bağlı məmurların telefon danışığı ələ keçdi