İyulun 31-nə keçən gecə Bakıda qətl hadisəsi törədilib.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, Nəsimi rayonu Bülbül küçəsi 25 ünvanında “Corol” barın qarşısında 1996-cı il təvəllüdlü Abdullayev Vüsal İlham oğlu bıçaqlanıb.
Naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanmış 18 yaşlı oğlanın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi açılıb.
Əməliyyat-axtarış və istintaq tədbirləri həyata keçirilir.