Bakıda məşhur saqqız firması olan “Dirol”un avtomobilindən oğurluq olub.
Oxu.Az “Report”-a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.
Belə ki, “Dirol” şirkətinin sürücüsü Eldar Əhmədovun idarə etdiyi “İsuzu” markalı avtomobildən dəyəri 5 min manat olan saqqız oğurlanıb.
Polis faktla bağlı araşdırma aparır.
E.Ə.
www.oxu.az