Avqustun 28-də gecə saat 04:00 radələrində Bakının Xətai rayonunda oğurluq hadisəsi baş verib. Naməlum şəxslər “Qaraçay” tikinti şirkətinin ofisinə girərək içərisi pulla dolu olan seyfi aparıblar.
Oxu.Az-ın məlumatına görə, bu barədə Vesti.Az-a Xətai Rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata əsasən, cinayətkarlar mühafizəçi Bəşirova Zama Əbdülseyid qızını (1948) bıçaqla hədələyərək onun əl-qolunu bağlayıblar.
Sonra isə ofisə daxil olaraq 90×35 sm ölçüsündə və içərisində 50 min manat və şirkətin sənədləri olan seyfi oğurlayıblar.
Hələlik cinayətkarların şəxsiyyətləri müəyyən edilməyib. Faktla bağlı araşdırma aparılır.