Xəbər verdiyimiz kimi Türkiyə mediasında İbrahim Tatlısesin Bodrum Bitezdəki otelini 13 milyon türk lirəsinə satması barədə xəbərlər yer alıb.
Oxu.Az xəbər verir ki, müğənni İnstagram hesabında yayılan məlumatların əsassız olduğunu yazıb:
“Yalandır. 13 milyona bir yer varsa həqiqətən mən satın alacam. Yazırsınız ki “Pulu yoxdur, müalicə üçün otellərini satır”. Sizin üzünüzdən ticarətlə də məşğul ola bilməyəcəyəm! Mən müalicə üçün satmıram, satmamış da həll edə bilərəm. Allaha şükür mən bitdi deməsəm, İbrahim Tatlıses bitməz! Elə dostlarım var ki bir telefon zəngi ilə həll edə bilərəm. İnsanları ölməmiş məzara qoyursunuz. Ayıbdır”.
Aytən Sadıqzadə
www.oxu.az