Bakı Metrolopiteninin “Xətai” stansiyasında insident baş verib.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, dünən axşam saatlarında bir neçə gənc stansiyada olan homoseksual sərnişinə qarşı xuliqanlıq edib.
Dava-dalaşın qarşısını polis alıb. Həmin şəxslər izahatları alınması üçün polis məntəqəsinə aparılıb.
Polisdən bildirilib ki, həmin şəxslərin izahatı alınıb və sərbəst buraxılıb.
E.Ə.
www.oxu.az