Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bakıda mühafizəçini döyən idmançıları cəzalandırdılar – FOTO
Bakıda yanacaqdoldurma məntəqəsinin mühafizəçisini döyən idmançılar inzibati qaydada cəzalandırılıblar.
Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, Nəsimi rayon Məhkəməsində hakim Elman İsayevin sədrliyi ilə keçirilən prosesdə İsa Əzizov və Mahir İsgəndərov barələrində 30 sutka inzibati həbs qərarı çıxarılıb.
Təqsirləndirilən şəxslər məhkəmə qərarından apellyasiya şikayəti veriblər.
Qeyd edək ki, yanvarın 25-i saat 04 radələrində paytaxtın Tbilisi prospektində yerləşən yanacaqdoldurma məntəqəsinə gəlmiş avtomobilin sürücüsü və sərnişini ilə məntəqənin mühafizəçisi Sadiq Bağırov arasında mübahisə yaranıb.
Döyülən mühafizəçi
Nəticədə avtomobildə olanlar mühafizəçini döyərək hadisə yerini tərk ediblər.
Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Mahir İsgəndərov və İsa Əzizov müəyyən edilərək saxlanılıblar.
Saxlanılanlardan İ. Əzizov Azərbaycan Respublikası Prezidentinin Müdafiə məsələləri üzrə köməkçisi xidmətinin Müdafiə məsələləri şöbəsinin müdiri, general-leytenant Məhərrəm Əliyevin qohumudur.
E.Ə.
www.oxu.az
"Azərbaycan" teqi üzrə xəbərlər
- Ankara bəyannaməsi: Türk dünyası üçün yeni əməkdaşlıq mərhələsi
- Səhiyyə sistemi ilə bağlı 15-ə yaxın sənəddə PROBLEM var
- Cahit Bağçı Azərbaycanla bağlı vida paylaşımı edib
- Mikayıl Cabbarov Türkiyədə Alparslan Bayraktarla görüşüb
- Azərbaycanın BMT-dəki nümayəndəsi Ermənistanın cinayətlərindən bəhs edib