Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Bakıda narkotikin təsiri altında avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs olunub
Paytaxt ərazisində narkotik vasitənin təsiri altında avtoxuliqanlıq hərəkətləri edən motosiklet sürücüsü həbs edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bildirilib ki, BDYPİ əməkdaşları tərəfindən paytaxt ərazisində yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan "Tufan" markalı, 99-X-258 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Fərid Məmmədov saxlanılıb.
Sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı F.Məmmədovun narkotik vasitə qəbul etməsi də müəyyən olunub.
Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə F.Məmmədovun sürücülük hüququ bir il müddətinə məhdudlaşdırılıb və o, iki ay müddətinə inzibati qaydada həbs edilib.
"Narkotik vasitələrin qanunsuz dövriyyəsi" teqi üzrə xəbərlər
- Abşeronda avtomobilində narkotik vasitə daşıyan şəxs saxlanılıb
- Xətai rayonunda 17 kiloqram narkotik vasitə aşkarlanıb
- Bakıda narkoşəbəkənin əsas üzvlərindən biri saxlanıldı - ANBAAN GÖRÜNTÜLƏR
- İrandan Azərbaycana 46 kq narkotik keçirilməsinin qarşısı alındı
- Şəkidə keçmiş məhkum 26 kiloqram narkotiklə ƏLƏ KEÇDİ