Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Ekrem İmamoğlunun həbsindən sonra internetdə təxribat törədənlərin sayı açıqlanıb
İstanbul Baş Prokurorluğunun başlatdığı araşdırmalar nəticəsində İstanbul Böyükşəhər Bələdiyyə sədri Ekrem İmamoğlunun saxlanılması ilə əlaqədar sosial şəbəkələrdə təxribat xarakterli paylaşımlar etmiş 261 şübhəli şəxs müəyyən edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikayanın "X" hesabında yerləşdirdiyi məlumatda qeyd olunub.
O bildirib ki, müəyyən edilən 261 nəfərdən 37-si artıq saxlanılıb:
"Kibercinayətkarlıqla Mübarizə Departamentimiz və Təhlükəsizlik Departamentimizin koordinasiyalı işindən sonra 37 şübhəli saxlanılıb, digər şübhəlilərin tutulması istiqamətində işlər davam etdirilir".
Qeyd edək ki, ötən gün İstanbul Böyükşəhər Bələdiyyə sədri Ekrem İmamoğlu və 100-dən çox adam saxlanılıb.
İstanbul Cumhuriyet Başsavcılığınca başlatılan soruşturmalar kapsamında, İstanbul Büyükşehir Belediye Başkanı ile birlikte toplam 106 şüpheli hakkında gözaltı kararı verilmesi sonrası, bazı sosyal medya hesapları üzerinden;
— Ali Yerlikaya (@AliYerlikaya) March 20, 2025
-“Halkı Kin ve Düşmanlığa Tahrik” ve
-“Suç İşlemeye…
