Bakıda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə paytaxtın Qara Qarayev prospektində qeydə alınıb.
Bakı şəhər sakini Rauf Atakişiyev idarə etdiyi “Lada” markalı avtomobillə yolu keçən 68 yaşlı Antolina Kuznitsova və onun nəvəsi, 9 yaşlı Ariyana Kuznitsovanı vurub.
Nəticədə nənə aldığı xəsarətdən hadisə yerində ölüb, nəvəsi isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.