Bakıda quldurluq etmiş şəxslər yaxalanıb.
Oxu.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Xəzər RPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 19-da Nazim Kərimova qarşı quldurluq etmiş qrupun digər üzvləri - Bakı şəhər sakinləri Nurlan Hüseynov və bacısı Gülnurə tutulublar.
Qeyd edək ki, yanvarın 19-da adları yuxarıda qeyd edilən bacı-qardaş Gəncə şəhər sakini, 1989-cu il təvəllüdlü Əlimərdanov Xəyal Qabil oğlu ilə birlikdə N.Kərimovun yaşadığı evə soxulublar. Maska geyinmiş 3 nəfər ev sahibini silahla hədələyərək pul və qızıl tələb ediblər. Lakin ev sahibi və ailə üzvləri çığır-bağır salaraq aktiv müqavimət göstəriblər. Bu zaman N.Kərimov maskalı şəxslərdən birini yaxalamağı da bacarıb. Vəziyyətin çətinləşdiyini görən bacı-qardaş isə uzaqlaşıb.
Ev sahibi yaxaladığı şəxsi polisə təhvil verib. Aparılan araşdırmalardan sonra cinayətin digər iştirakçıları da tutulub.
13:14
Bakı polisi quldurluq etmiş qrupun üzvləri Bakı şəhər sakinləri Nurlan Hüseynov və bacısı Gülnurə tutub.
Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata əsasən, Xəzər RPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 19-da Nazim Kərimova qarşı quldurluq etmiş qrupun digər üzvləri Bakı şəhər sakinləri Nurlan Hüseynov və bacısı Gülnurə tutulmuşlar.