Bakıda oğurluqda şübhəli bilinən şəxslər saxlanılıb.
Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, C.Sultanlı və Z.Zamanov bir neçə vətəndaşa məxsus evlərdən pul və qızıl əşyalar oğurlayıblar.
Belə ki, martın 1-də oğurluq etdiklərinə görə Cavid Sultanlı və Ziya Zamanov tutulub.
Onların ətrafında Suraxanı RPİ 31-ci PB əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onların digər əməlləri də müəyyən edilib.
Araşdırma nəticəsində C.Sultanlının və Z.Zamanovun Bakı şəhər sakinləri Şamil Əliyev, Ceyhun Şirəliyev və Emil İsmayılovla birgə cari il yanvarın 3-dən fevralın 29-dək olan müddətdə paytaxt sakinləri T.Dalayevə, H.Həşimova, E.Lütfəliyevə və M.Ələkbərovaya məxsus evlərdən pul və qızıl əşyalar oğurlamaları da müəyyən edilib.
Araşdırma aparılır.
E.Ə.
www.oxu.az