Bakıda qəribə hadisə baş verib.
Oxu.Az minval.info-ya istinadla xəbər verir ki, hadisə Xətai rayonu ərazisində baş verib.
Belə ki, 4 oğru ev soymağa girib. Onlardan üçü tutulub, biri isə qarnında bıçaqla xəstəxanaya çatdırılıb.
Hadisə şahidlərinin verdiyi məlumata görə, oğru özünü qorxudan bıçaqlayıb. Onlara da bunu hadisə yerinə gələn polislər deyiblər.