Bakıda qadın qadına qarşı oğurluq edib.
Oxu.Az Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Səbinə Hənifəzadənin çantasından 100 manatını oğurlamış Bakı şəhər sakini Kristina Mirasliçenko tutulub.