Bakıda oğurluqda şübhəli bilinən şəxslər tutulub.
Bakı Şəhər Baş Polis İdarəsindən Oxu.Az-a verilən məlumata görə, Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri - əvvəllər məhkum olunan 1974-cü il təvəllüdlü Aqil Həşimov və 1983-cü il təvəllüdlü Nicat Məmmədov tutulub.
Araşdırma zamanı müəyyən edilib ki, onlar yanvarın və fevralın 2-də Lökbatan qəsəbəsində Natella Quliyevaya məxsus, fəaliyyətdə olmayan oteldən 3 ədəd soyuducu, 15 ədəd kondinsioner və televizor, 4 ədəd istilik radiatoru, yanvarın 13-ü və 20-də Könül Mürsəlovaya məxsus oteldən 2 ədəd kondinsioner, 25 metr kabel, 6 ədəd radiator oğurlayıblar.
Araşdırma aparılır.
E.Ə.
www.oxu.az