Azərbaycanın Ağdaş rayonunda əxlaqsızlıq yuvası aşkarlanıb.
Bu barədə Oxu.Az-a DİN-dən bildiriblər.
Məlumata görə, Nizami RPİ 25-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ağdaş rayon sakini Samirə Qurbanovanın gəlir əldə etmək məqsədi ilə qadınları fahişəliyə cəlb etməsi və Nəsimi küçəsində kirayədə yaşadığı mənzildə əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.
Araşdırmalar davam edir.