Dünən gecə saatlarında Bakıda polis serjantı döyülüb.
Oxu.Az xəbər verir ki, Qafqazinfo-nun hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə saat 22:00 radələrində Qara Qarayev prospektində yerləşən mağazada baş verib.
Hadisəni Masallı rayon sakinləri 1998-ci il təvəllüdlü Kərim Kərimov və 1996-ci il təvəllüdlü Elmin Hacıyev törədib.
Onlar xuliqanlıq zəminində Metropolitendə Polis Şöbəsinin baş serjantı 1975-ci il təvəllüdlü Tahir Gözəl oğlu Mikayılovun alın nahiyəsinə yumruqla vurub, sonra isə xidməti geyim formasını cıraraq yararsız hala salıblar.
Hadisə baş verən zaman polis serjantı xidmətdə olmayıb.
E.Ə.
www.oxu.az