Oğurluq etmiş Bakı şəhər sakini Zümrüd Rəhimova tutulub.
Oxu.Az Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Yasamal RPİ 27-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 12-də Əli Quliyevin evindən 58 000 manat dəyərində qızıl əşyalar oğurlamış Bakı şəhər sakini Zümrüd Rəhimova tutulub.