Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bakıda qadın ərini öldürdü
Noyabrın 24-də Bakıda ər arvadı tərəfindən qətlə yetirilib.
Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Bakı şəhər sakini Rövşən Musayev Nərimanov rayonu ərazisindəki evindən kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb.
Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən arvadı Vəfa Orucova saxlanılıb.
"Bakı" teqi üzrə xəbərlər
Ən çox oxunanlar