Bakıda qadın oğurluq edib.
Oxu.Az xəbər verir ki, bu barədə “Report”a hüquq-mühafizə orqanlarından bildirilib.
Belə ki, Bakı sakini İsmayıl Qədimov paytaxtdakı gecə klublarından birində olan zaman Marina adlı qadınla tanış olub.
Gecə klubundan qadınla çıxaraq başqa məkana keçən şəxs sonradan 3 min manatdan çox pulunun oğurlandığını bilib. O, dərhal polisə məlumat verib.
Polisin keçirdiyi əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Marina Pronin saxlanılıb.
Fakt üzrə araşdırmalar davam etdirilir.
E.Ə.
www.oxu.az