Bakıda qohumunun evindən oğurluq edən qadın tutulub.
Oxu.Az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, hadisə martın 11-də baş verib.
Belə ki, Bakı şəhər sakini Samir Vəlimətovun evindən 950 manat və qızıl əşyalar oğurlanıb.
Binəqədi rayon 7-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq etmiş qohumu Elnurə Məmmədova saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
E.Ə.
www.oxu.az