Noyabr ayının 11-də Suraxanı rayonunda qurbanın cavan qadın olduğu qarət hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Vesti.Az-a Suraxanı rayon Polis İdarəsindən bildiriblər.
Saat 19.35-də Bülbülə qəsəbəsində naməlum şəxs yerli sakin Sevinc Bayramovaya hücum edərək onu dəyənəklə döyüb və çantasını əlindən alıb.
Bayramovanın çantasında cəmi 4 manat pul, mobil telefon və şəxsiyyət vəsiqəsi olub.
Zərərçəkən 3 saylı şəhər klinikasına müraciət edib, ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Qarətdə şübhəli bilinən şəxsin kimliyi müəyyən edilməyib. Bu istiqamətdə iş aparılır.