Dünyanın ən ağır və bahalı saatı 21,3 milyon dollara satılıb.
Oxu.Az xəbər verir ki, “Graves Supercomplication” adlı saat 24 karatlıq qızıldan hazırlanıb, çəkisi isə 500 qramdır.
Bu saatı 1930-cu illərin əvvəllərində Nyu-York bankiri Henri Qreyvsin sifarişiylə İsveçrənin “Patek Philippe” şirkəti istehsal edib.
920 hissədən və 24 funksiyadan ibarət saatın istehsalına 8 il sərf olunub.
Son sahibi Qətərdən olan Saud bin Muhammed əl-Taninin ölümündən iki gün sonra, saat Cenevrədə “Sotheby's” hərracında 21,3 milyon dollara satılıb. Deyilənə görə o, “Sotheby's” şirkətinə yüklü miqdarda pul borclu olub, saatın satışından əldə edilən gəlir borcun ödənməsinə sərf ediləcək.

E.Ə.
www.oxu.az