Hadisəni törədən Z.Əsədov könüllü olaraq polisə təslim olub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə bu gün rayonun Ağa Nemətulla küçəsində qeydə alınıb.
Bakı şəhər sakini, 1964-cü il təvəllüdlü Zahir Əsəd oğlu Əsədov aralarında yaranan münaqişə zəminində qardaşı, 1961-ci il təvəllüdlü Vahid Əsədovun baş nahiyəsinə linglə vuraraq qətlə yetirib.
Hadisəni törədən Z.Əsədov könüllü olaraq polisə təslim olub.
Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.