Sizə məşhur müğənni Röya Ayxanın Heydər Əliyev adına sarayda üç gün konsert verəcəyi barədə xəbər vermişdik.
Oxu.Az xəbər verir ki, baş tutacaq konsertə bütün biletlər satılıb. Lakin hələ də bilet tələb edən yüzlərlə tamaşaçı ordusu var. Konsertə tələbatın çox olduğunu görən təşkilatçılar və müğənni konsertin vaxtını uzatmağı qərarlaşdırıblar.
Bu barədə Oxu.Az-a Röya Ayxanın prodüseri Kənan Bayramov məlumat verib:
“Konsert üç gün yox, dörd gün: yanvar ayının 28, 29, 30, 31-i keçiriləcək”.

Aytən Sadıqzadə
www.oxu.az