Bakıda qəbiristanlıqda 3 min manat dəyərində dəmir barmaqlıqlar oğurlanıb.
Daxili İşlər Nazirliyindən Oxu.Az-a daxil olan məlumata görə, hadisə martın 1-də baş verib.
Belə ki, həmin gecə Sabunçu rayonunun Balaxanı qəsəbəsindəki qəbiristanlıqdan 3000 manat dəyərində dəmir barmaqlıqlar oğurlanıb.
Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni tərətmiş Bakı şəhər sakinləri Elvin Rzayev və Əjdər Quliyev tutulub.
E.Ə.
www.oxu.az