Bakıda gözəllik salonundan oğurluq kameraya düşüb.
Oxu.Az Baku.ws-ə istinadən xəbər verir ki, Xan Şuşinski küçəsi 58 ünvanında qeydə alınan oğurluq hadisəsi anbaan təhlükəsizlik kamerasının yaddaşına yazılıb.
Salonun sahibi bildirib ki, hadisə səhər saatlarda qeydə alınıb.
Salona daxil olan şəxs 800 manat pul, fotoaparat, notbuk, videokamera, iş üçün lazım olan avadanlıqları, 1 ədəd şuba, 1 ədəd palto, hətta dəsmalları da oğurlayıb. Polis faktla bağlı araşdırma aparıb və dəyən ziyanın miqdarı 5 min manat olaraq müəyyən edilib.
Hazırda oğurluq edən şəxs polis əməkdaşları tərəfindən axtarılır.
İ.N.