Bakıda Gürcüstan vətəndaşına qarşı quldurluq edilib.
Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, hadisə Nizami rayonunda baş verib.
Belə ki, Gürcüstan vətəndaşı İlkin Nəbiyevin mobil telefonunu quldurluq yolu ilə almış paytaxt sakini Qalib Süleymanov tutulub.
Bununla bağlı Nizami RPİ 24-cü PB əməkdaşları əməliyyat keçirib.
Aparılmış əməliyyat-axtarış tədbirlərilə nəticəsində, onun daha 5 nəfərə qarşı dələduzluq etməsi müəyyən edilib.
Araşdırma zamanı məlum olub ki, o, habelə Bakı şəhər sakini İ.Bəylərlinin mobil telefonunu soyğunçuluq yolu ilə alıb.
E.Ə.
www.oxu.az