Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Bakıda “Range Rover”in sərxoş sürücüsü həbs edilib
Baş Dövlət Yol Polisi İdarəsi (DYP) sərxoş halda avtomobil idarə edən şəxsi saxlayıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə ötən gecə saat 01:50 radələrində baş verib.
Belə ki, “Range Rover” markalı 77-MF-774 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Adil Mayıl oğlu Əliyev paytaxtın Üzeyir Hacıbəyli küçəsində müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət edib.
Buna görə yol-patrul xidməti əməkdaşı tərəfindən “saxla” işarəsi verilib, lakin o, tabesizlik göstərərək hərəkətini davam etdirib.
Görülən tədbirlər nəticəsində nəqliyyat vasitəsi DYP əməkdaşları tərəfindən saxlanılıb və sürücünün sərxoş vəziyyətdə avtomobili idarə etdiyi məlum olub.
Sürücü barəsində müvafiq sənədləşmə aparılıb və toplanmış materiallar baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə A.Əliyev inzibati qaydada həbs edilib.
"Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ)" teqi üzrə xəbərlər
- Avtokran sürücüsü cərimə protokolu ilə razı deyil: "Maşını sürə bilmirəm"
- Yol polisindən gizli buzlaşma ehtimalı ilə bağlı sürücülərə ÇAĞIRIŞ
- Sabah Bakının bir prospekti və bəzi küçələri BAĞLI OLACAQ
- Bakıda avtomobilin aşması ilə nəticələnən qəzanın detalları MƏLUM OLDU
- Bakıda qəza: KIA dörd avtomobili əzdi, özü AŞDI