Bakıda orta məktəbdə bıçaqlanma hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, APA-nın məlumatına görə, hadisə Binə qəsəbəsində yerləşən 136 saylı orta məktəbdə qeydə alınıb.
Həmin məktəbin şagirdi 14 yaşlı İlkin M. məktəb yoldaşı tərəfindən bıçaqlanıb.
Yaralı şagird ağır vəziyyətdə 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Hadisəni törədən məktəbli saxlanılıb.
Xəstəxanadan bildirilib ki, bıçaq xəsarəti alan şagird əməliyyat olunub və hazırda vəziyyəti stabildir.
E.Ə.
www.oxu.az