Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində səkkiz yaşlı qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə təqsirləndirilən Osman Ziyadovun (ad-soyad şərtidir - red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Oxu.Az xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən şəxs 12 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, O.Ziyadova qarşı Cinayət Məcəlləsinin 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə cinayət işi açılıb və o həbs edilib.