Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat nəticəsində əvvəllər dəfələrlə məhkum olunmuş Mehman Əbilov saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd kustar üsulla hazırlanan tapança və 22 ədəd patron aşkar olunaraq maddi sübut kimi götürülüb.
Saxlanılan şəxs odlu silah-sursatı bir müddət əvvəl tapdığını və həmin gündən bəri üzərində daşıdığını bildirib.
M.Əbilov barəsində materiallar araşdırılma üçün Xəzər Rayon Polis İdarəsinə göndərilib, istintaq tədbirləri davam edir.