Bakıda şirkətdən oğurluq etməkdə şübhəli bilinən şəxs tutulub.
Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsi və Xətai rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində “Qaraçay” təmir-tikinti şirkətindən içərisində 60 min ABŞ dolları və sənəd olan seyfi quldurluq yolu ilə aparmış qrupun digər üzvü - Bakı şəhər sakini Aqşin Mustafayev tutulub, digər şəxs isə müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
E.Ə.
www.oxu.az