Bakıda Türkiyə vətəndaşları arasında dava olub.
Oxu.Az xəbər verir ki, Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Türkiyə vətəndaşı, 1987-ci il təvəllüdlü Kenan Özkulucu polisə ərizə ilə müraciət edərək həmvətənləri, 1984-cü il təvəllüdlü Uğur Başa və 1979-cu il təvəllüdlü Tuki Murat tərəfindən döyüldüyünü bildirib.
Faktla bağlı 8-ci Polis Bölməsində təhqiqat araşdırması aparılır.
E.Ə.
www.oxu.az