Bakıda oğurluq edən şəxs tutulub.
Bakı Şəhər Baş Polis İdarəsindən Oxu.Az-a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin “Təhlükəsiz Şəhər” xidməti və Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Ukrayna vətəndaşı, 1975-ci il təvəllüdlü Olqa Kovalenko saxlanılıb.
O.Kovalenko noyabrın 10-da günorta saatlarında Azadlıq prospektində yerləşən ticarət mərkəzində Bakı şəhər sakini Leyla Mehdiyevanın içərisində 50 manat, şəxsiyyət vəsiqəsi və bankomat kartı olan pul kisəsini oğurlamaqda şübhəli bilinir.
E.Ə.
www.oxu.az