Avqustun 25-də Bakıda intihar etdiyi bildirilən Banqladeş vətəndaşı, 28 yaşlı Mohaad Məhəmmədin ölümü ilə bağlı yeni məqamlar ortaya çıxıb.
Qeyd edək ki, yerli KİV-in məlumatına görə, Mohaad Məhəmməd özünü Badamdar qəsəbəsində kirayə yaşadığı evdə asmışdı.
Ölən şəxsin yaxınlarının Oxu.Az-a ünvanladığı məktubda isə hadisənin baş verməsinin başqa təfərrüatları açıqlanıb.
Mərhumun yaxınları iddia edirlər ki, “Elite Marine PTE.LTD” şirkətində çalışan Banqladeş vətəndaşı döyülərək öldürülüb, daha sonra isə intihar görüntüsünü yaratmaq üçün asılıb.
“Şəkilə nəzər yetirsəniz, asılan adamın ayaqları yerə dəyir”, - deyə, mərhumun yaxınları iddia edirlər.


