Rusiyanın Nevelsk şəhər məhkəməsində qanunsuz narkotik dövriyyəsi ilə bağlı cinayətlər törətmiş Bakıdan olan ata və oğula cəza verilib.
Oxu.Az Rusiya KİV-nə istinadla xəbər verir ki, 56 yaşlı kişi əldə etdiyi narkotik vasitələri baha qiymətə satıb.
İstintaq müəyyən edib ki, 2013-cü ilin fevralından etibarən o, ümumi çəkisi təxminən 50 qram həşiş yağının və böyük çəkidə heroinin satışı ilə məşğul olub.
Bundan başqa, ata böyük çəkidə narkotik vasitələrinin saxlanmasına görə Cənubi Saxalin cəzaçəkmə müəssisəsində cəza çəkən oğluna kömək etməyə qərar verib.
Onun 34 yaşlı oğlunun heroin “dozası”na ciddi ehtiyacı olub və bu barədə atasına bildirib. Nevelskdə olan atası tanışı vasitəsilə oğluna narkotik göndərib. Cənubi Saxalinə gələn tanış saxlanılıb.
Narkotik vasitərlərin satışına görə 56 yaşlı azərbaycanlı ataya 13 il, onun oğluna isə 4 il 6 ay iş kəsilib.