Bakıda oğurluqla məşğul olan bacılar tutulub.
Oxu.Az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, iyulun 25-də R.Behbudov küçəsində iki nəfər naməlum şəxs Bakı şəhər sakini Elman Əlizadənin cibindən 47 manat götürüb qaçıblar. Nəsimi RPİ 22-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, soyğunçuluqda şübhəli bilinən 1990-cı il təvəllüdlü Maşa Qarbula və bacısı 2002-ci il təvəllüdlü Alyona tutulub.
Araşdırmalar davam etdirilir.