Bakıdakı gecə klublarından birində dava olub.
Oxu.Az-ın Lent.az-a istinadən məlumatına görə, polisə müraciət edən Nərimanov rayon sakini, 1980-ci il təvəllüdlü Jurov Aleksandr Gennadiyeviç Əfəndiyev küçəsində yerləşən “Rublyovka” gecə klubunda döyüldüyünü bildirib.
Şikayətçi ona qarşı xuliqanlıq edən şəxsi tanımadığını, hadisənin gecə saat 01:30 radələrində baş verdiyini əlavə edib.
Araşdırma aparılır.