Bakı Ağır Cinayətlər Məhkəməsində Sabunçu rayon sakini Əliş Abdullayevin (1969-cu il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışı yekunlaşıb.
Oxu.Az xəbər verir ki, ötən il avqustun 9-da Sabunçu rayonunun Bakıxanov qəsəbəsində şəhər sakini Əliş Abdullayev münaqişə zəminində tanışı, əvvəllər məhkum olunan Elməddin Əliyevi (1987-ci il təv.) bıçaqlayıb. Yaralı döş qəfəsindən aldığı xəsarətlərlə 3 saylı kliniki xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib. Hadisəni törədən şəxs həmin tarixdə Sabunçu RPİ 13-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Dindirilmə zamanı o, törətdiyi əməlini etiraf edib və cinayətin aləti hesab edilən bıçağı istintaqa təqdim edib.
Məhkəmənin hökmü ilə Ə.Abdullayev 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
C.H.
www.oxu.az