Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bako Saakyandan etiraf: "Silahlar Ermənistandan gəlirdi"
"Qarabağda silahlanma haqqında ilk çağırış mitinqlərdə oldu".
Oxu.Az xəbər verir ki, bunu Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Bako Saakyan dövlət ittihamçılarının suallarını cavablandırarkən deyib.
O, kəndlərdə və şəhərlərdə silahlanmanın olduğunu bildirərək qeyd edib:
"Silahların bir hissəsi dislokasiya olunmuş sovet hərbi hissələrindən idi. Bundan başqa, Ermənistandan silah tədarükü var idi. Silahlanma ilə bağlı əsas istiqamətlər bunlar idi".
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilir.
"Bakı Hərbi Məhkəməsi" teqi üzrə xəbərlər
- Ruben Vardanyanın məhkəməsində on nəfərdən çox zərərçəkmiş şəxs ifadə verib
- Levon Mnatsakanyan: "Minalar Ermənistanda istehsal olunub Qarabağa gətirilirdi"
- Mnatsakanyan: "İşğal edilmiş ərazilərdə hərbi cinayətləri Ermənistanın Hərbi Prokurorluğu araşdırıb"
- Lyova Mnatsakanyan: "Hər il Ermənistandan 7-8 min çağırışçı Azərbaycan ərazilərinə göndərilirdi"
- Lyova Mnatsakanyan: "Məni "vəzifə"yə Ohanyanın təqdimatı ilə Serj Sarqsyan təyin edib"