Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Azərbaycan qeyri-neft-qaz ixracını artırdı
Bu ilin yanvar-fevral aylarında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 6.6% artaraq 485 milyon ABŞ dolları təşkil edib.
Oxu.Az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi məlumat yayıb.
Bildirilib ki, o cümlədən son 1 ildə ölkənin yeyinti məhsullarının ixrac dəyəri 12.3% artaraq 153.9 milyon ABŞ dolları olub.
2025-ci ilin yanvar-fevral aylarında aqrar məhsulların ixracı 9.5% artaraq 119.7 milyon ABŞ dolları, aqrar-sənaye məhsullarının ixracı isə 17.7% artaraq 43 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 11.6% artaraq 162.8 milyon ABŞ dolları təşkil edib.
Bu dövrdə ixrac olunan qara metallar və ondan hazırlanan məmulatlar 66.9%, şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları 47%, alkoqollu və alkoqolsuz içkilər 10.2%, kimya sənayesi məhsulları 30%, çay 21.3%, alüminium və ondan hazırlanan məmulatlar 2.8% artıb.