"Cari ilin 10 ayında qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 13 faizdən çox artıb ki, bu da qeyri-neft-qaz ÜDM-in nominal artım tempini üstələyir".
Oxu.Az xəbər verir ki, bu fikirləri iqtisadiyyat naziri Mikayıl Cabbarov parlamentin bugünkü iclasında "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, 2018-ci ildən bəri aktiv vergi ödəyicilərinin sayı 2 dəfə, aktiv obyektlərin sayı isə 1.7 dəfə artıb:
"Əmək bazarının şəffaflaşması şəraitində Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində dövlət büdcəsindən ayırmaların payı 2018-ci ildəki 36 faizdən cari ilin 10 ayında 20 faizə enib. 8 il öncə biz vergi islahatı paketini təqdim edərkən, məhz bu nəticələri proqnozlaşdırırdıq".