Paytaxtda bar işlədən şəxs bıçaqlandı.
Oxu.Az ANS TV-yə istinadən xəbər verir ki, Səbail rayonu Nizami küçəsində yerləşən barlardan birində yaranan dava bıçaqlanmaya səbəb olub.
Müştəri qismində bara gələn 19 yaşlı Yevlax rayon sakini Ceyhun Şəfiyev orada inzibatçı-müdir vəzifəsində işləyən Abid Murtuzovu mübahisə zəminində yaralayıb.
A.Murtuzovu çoxdan tanıdığını deyən Ceyhun Şəfiyev bildirdi ki, hadisə borc pula görə olub.
Hadisə günü Ceyhun Şəfiyev bir müddət əvvəl Abid Murtuzova verdiyi 20 manat pulu geri almaq istəsə də, qarşı tərəf borcunu qaytarmaqdan boyun qaçırıb və Ceyhunun bara buraxılmasına mane olub.
Əməlindən qətiyyən peşman olmadığını deyən Ceyhun Şəfiyev cinayətdə istifadə etdiyi bıçağı istintaqa təhvil verib.
Onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb və istintaq davam edir.