Baş Prokurorluq Ağcabədi rayonunda seksual manyak tərəfindən 54 nəfərin zorlanması ilə bağlı xəbəri təkzib edib.
Oxu.Az-a daxil olan məlumatda bildirilir:
“Bəzi kütləvi informasiya vasitələrində Ağcabədi Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 150.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri) maddəsi ilə istintaq olunan cinayət işi üzrə təqsirləndirilən - 1968-ci il təvəllüdlü Gülmalıyev Əli Gülmalı oğlunun güya 54 nəfəri zorlamasına dair həqiqəti əks etdirməyən məlumatlar dərc edilib.
Həmin məlumatlar tərəfimizdən qəti şəkildə təkzib edilir və bununla əlaqədar bildiririk ki, həmin cinayət işi üzrə 2 nəfər zərər çəkmiş şəxs qismində tanınmış, Əli Gülmalıyev isə Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir”.
E.Ə.
www.oxu.az