Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bərdədə bank əməkdaşı həbs edildi: 3,5 milyonluq mənimsəmə
"Yelo Bank"ın əməkdaşı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib.
"Report" xəbər verir ki, bankın Bərdə filialının mütəxəssisi M.Ə 3,5 milyon manat vəsaiti mənimsəmədə ittiham olunur.
Bildirilib ki, o, vəzifə saxtakarlığı edərək 20-dən çox tanışının adına saxta kredit rəsmiləşdirib.
M.Ə-nin bu işdə bankın əməkdaşı olmayan tanışı Cahangir Əsədovla əlbir olduğu qeyd edilib. Onların ikisi də Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilib və barələrində həbs-qətimkan tədbiri seçilib.
İstintaq müddətində təqsirləndirilən şəxslər vurduqları ziyanın 2,9 milyon manatını geri ödəyiblər.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi istintaqı bitirərək işi hüquqi qiymət verilməsi üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərib.
"Gəncə Ağır Cinayətlər Məhkəməsi" teqi üzrə xəbərlər
- Məhkəmə 8 aylıq hamilə sevgilisini öldürən şəxslə bağlı qərar çıxardı
- Bakı Ağır Cinayətlər Məhkəməsinə yeni hakimlər ezam edildilər
- Aralarında vəzifəli şəxslərin olduğu dəstənin qaçaqmalçılıqla bağlı cinayət işi məhkəməyə göndərildi
- Rüşvət almaqda ittiham olunan sabiq vəzifəli şəxslər hakim qarşısına çıxarılırlar
- Parlamentin əməkdaşına yeni vəzifə VERİLDİ
Rəylər