Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan İran vətəndaşı tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Vüsal Məmmədovdan və İran vətəndaşı Nasirpanah Alı Eltefatdan 5 kiloqram 75 qram tiryək götürülüb.
E.Ə.
www.oxu.az