Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Binəqədi bələdiyyəsinin keçmiş sədri və bacısına bəraət istənilib
Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva və bacısı İlknur Əliyevanın (Turkut) cinayət işi üzrə məhkəmə yekunlaşmaq üzrədir.
APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən iclasda vəkillər çıxış ediblər.
Təqsirləndirilən Turkut İlknurun vəkili Xavər İsmayılova çıxışı zamanı məhkəmədən hüquqlarını müdafiə etdiyi şəxsin hamilə olduğunu və himayəsində azyaşlı uşağın olduğunu nəzərə alaraq ona bəraət verilməsini istəyib.
Təqsirləndirilən Aytac Əliyevanın vəkili Ceyhun Yusifov bir ildə 20 dəfə onun ev dustaqlığına buraxılması barədə vəsatətinin təmin edilmədiyini bildirib. O, məhkəmədən hökm zamanı onun ictimai nüfuzlu şəxs olduğunu, “Tərəqqi” ordeni ilə təltif edildiyini, iki ali təhsilinin olduğunu və hazırda onkoloji xəstə olmasının nəzərə alınmasını istəyib.
Təqsirləndirilən şəxslər A.Əliyeva və İ.Turkut son söz üçün məhkəmədən vaxt istəyiblər.
Proses dekabrın 5-də davam etdiriləcək.
Qeyd edək ki, dövlət ittihamçısı Aytac Əliyevanın 3 il vəzifə tutmaqdan məhrum edilməklə 9 il, İlknur Əliyevanın (Turkut) isə məhkəmə zalında həbs edilməklə 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Xatırladaq ki, Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri Aytac Əliyeva bacısı İlknur Əliyeva (Turkut) ilə birgə qızıl alveri etmək məqsədilə vətəndaşlara qarşı bir milyon manata yaxın dələduzluqda təqsirləndirilirlər.
Onlar barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib.
İttiham olunan İlknur Əliyeva bir müddət əvvəl ev dustaqlığına buraxılıb.
"Bakı Ağır Cinayətlər Məhkəməsi" teqi üzrə xəbərlər
- Məktəbin direktor əvəzinin diplomu saxta imiş - 98 minlik dələduzluq
- Məhkəmə "12-ci imam"la bağlı qərar çıxardı
- "İki diplomlu müəllimi aldatdı" - Təhsil eksperti kimi tanınan şəxsin məhkəməsi
- "Şlyapa Zahid"in məhkəməsi: Şirkət təsis olunan gün 40 milyonluq kredit alıb
- Talassemiyalı uşaqlara qarşı bir milyon manatlıq dələduzluqla bağlı MƏHKƏMƏ
Rəylər