Bakıda iki nəfərə bıçaqla xəsarət yetirməkdə təqsirləndirilən Rahib İsmayılovun cinayət işinin məhkəmə istintaqı başlayıb.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda prokuror təqsirləndirilənə ittiham aktını elan edib.
İstintaqla müəyyən edilib ki, hadisə 2025-ci il fevralın 25-də Bakının Nizami rayonunun ərazisində qeydə alınıb.
Bəhruz Nuriyev küçəsindəki mənzillərdən birində kirayədə qalan Kamal Bayramov və Sahil Dövlətovun bıçaqlanmaları ilə bağlı hüquq mühafizə orqanlarına məlumat daxil olub.
Araşdırmalarla müəyyən edilib ki, paytaxt sakini Rahib İsmayılov birlikdə kirayədə qaldığı Kamal Bayramov və Sahil Dövlətova mübahisə zamanı bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinərək saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 126.2-ci maddəsi ilə cinayət işi açılaraq ittiham irəli sürülüb.
Elgün Həsənli